Kapadokyada çəkilişləri davam edən türk istehsalı “Sevdan Bir Ateş” serialının ulduzu Murat Ünalmışı uşaqları Selim Baran və Toprak çəkiliş meydançasında ziyarət edib.

OLAY yazır ki, Ünalmış həmin anları “Atasının quzuları gəlib” sözləri ilə paylaşıb.

Qeyd edək ki, 45 yaşlı aktyor 2023-cü ilin sentyabrında Bolqarıstan əsilli Nutiye Akarla ailə həyatı qurub. Cütlük 2024-cü ildə ilk övladları Selim Baranı qucaqlarına alaraq valideyn olub.

Övladları onu çəkiliş meydançasında ziyarət etdi