Hollivud ulduzu Kris Hemsvort avtomobillərinin oğurlanması ilə bağlı polis araşdırması ilə üzləşib.
OLAY yazır ki, Avstraliyanın Broken Head ətrafında yerləşən evinə daxil olan oğrular aktyora məxsus üç avtomobili – BYD, Ram və Raptor markalı pikapı qaçırıblar.
Məlumata görə, aktyorun həyat yoldaşı Elza Pataki müşahidə kameralarında maskalı şəxsləri görüb. Onlardan ikisinin əlində bıçaq olduğu bildirilir. Bundan sonra cütlük polisə müraciət edib.
Oğurlanan avtomobillər sonradan tapılıb. Onlardan ikisi Koraki və Tabulamda, üçüncüsü isə cümə axşamı Lennox Heads ərazisində aşkarlanıb.