Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

Onun Mehdiabaddakı ailə məzarlığında yox, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağı bildirilib.

Ailə yaxınları məlumatı OLAY-a təsdiqləyib.

***

Mədəniyyət Nazirliyi Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib.