Avstraliyalı pop müğənni Kayli Minouq Kral III Çarlzın tacqoyma mərasimi şərəfinə keçiriləcək qala-konsertdə çıxış etmək dəvətini rədd edib. 

OLAY yazır ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

54 yaşlı sənətçi 6 may 2023-cü ildə Londonda keçiriləcək tədbirdən imtina edən məşhurlar siyahısına qoşulub. Bundan əvvəl Adel, Elton Con, Harri Stayls, Robbi Uilyams və Ed Şiran bayram konsertində iştirak edə bilməyəcəklərini bildirmişdilər.

O da Krala “yox” dedi

“Təəssüf ki, Kayli III Çarlzın tacqoyma mərasimində çıxış edə bilməyəcək, çünki o, həmin vaxt ölkədən kənarda olacaq!”, - müğənninin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, sənətçi kral tədbirlərinin tez-tez qonağı olub. O, sonuncu dəfə 2018-ci ildə Kraliça II Elizabetin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən qala-konsertdə çıxış edib. Müğənni ötən ilin sentyabrında ölümündən sonra mərhum monarxı da yad edib.

O da Krala “yox” dedi O da Krala “yox” dedi