Aktyor Ceyson Stethem model həyat yoldaşı Rozi Hantinqton ilə “Burberry” brendinin butik açılışına qatılıblar.
OLAY yazır ki, tədbir tarixi “Hôtel Belles Rives” də baş tutub. 39 yaşlı Rozi Hantinqton brendin səfiri olaraq trenç və burnu açıq uzun çəkmələr geyinib.
58 yaşlı Ceyson Stethem isə klassik üsluba üstünlük verərək ağ köynəklə qəhvəyi kostyum seçib.