Aktrisa Naomi Uotts moda brendi “Michael Kors”un 45 illik yubileyi münasibətilə təşkil olunan ziyafətə kiçik oğlu Kai ilə birlikdə qatılıb.
OLAY yazır ki, 57 yaşlı aktrisa tədbirdə eyniadlı brendin qurucusu Maykl Kors ilə qucaqlaşaraq fotoqraflara poza verib. Uotts tədbir üçün ağ rəngli asimmetrik bluz və geniş dəri şalvar seçib.
Onun 17 yaşlı oğlu Kai isə tədbirə qara, yarı şəffaf top və ətək effekti yaradan zolaqlı geniş şalvarla gəlib. Kai obrazını baget çanta və dabanlı sandal tamamlayıb.