Dünyaca məşhur aktrisa Meqan Foks 40 yaşını tamamlayıb.
OLAY yazır ki, bu münasibətlə aktrisa yeni açıq-saçıq fotosessiya kadrlarını paylaşıb.
O, dekolteli top və mikroşortda poz verərək diqqət çəkib və paylaşımına “Məni məhv edəcək şeyləri arzulayıram” sözlərini yazıb.
Dörd uşaq anası olan aktrisanın görünüşü pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb. Şərhlərdə “18 ildir dəyişməyən sevgim”, “Sən mənə ilham verirsən”, “40 yaşında da ikonikasan”, “Möhtəşəm” kimi fikirlər yazılıb.