Şahzadə Uilyam və Keyt Middlton evliliklərinin 15-ci ildönümünü qeyd ediblər.
OLAY yazır ki, bu münasibətlə Böyük Britaniya kral ailəsinin üzvləri üç uşaqları ilə birlikdə yeni ailə fotosu paylaşıblar.
Şəkildə cütlük yay geyimində çəmənlikdə 12 yaşlı şahzadə Corc, 10 yaşlı şahzadə Şarlotta, səkkiz yaşlı şahzadə Lui və ev heyvanları ilə birlikdə poz verir. “Evliliyimizin 15 ilini qeyd edirik” deyə Uels şahzadəsi fotonu şərh edib.