Aktyor Kıvanç Tatlıtuğ və Başak Dizer oğulları Kurt Efenin təhsili üçün İstanbulda kollec seçiblər.

OLAY yazır ki, cütlüyün 4 yaşlı övladı üçün ödədiyi məbləğ isə diqqət çəkib. Kurt Efenin məktəb prosesi artıq başlayıb. İddiaya görə, o, Amerika təhsil sisteminə bağlı fond məktəbinin püşkatmasına daxil edilib və adı siyahıda yer alıb.

Bunun ardından Kıvanç Tatlıtuğun 2026–2027 tədris ili üçün təxminən 1 milyon 600 min lidən (61 min manat) çox məbləği ödəyərək qeydiyyatı tamamladığı iddia olunur.