Rusiyanın Xalq artisti filip Kirkorov dizayner Qoşa Rubçinskinin brendi üçün hazırlanan yeni kampaniyada iştirak edib.
OLAY yazır ki, 59 yaşlı müğənni çəkilişlərdə narıncı bomber gödəkçə, boz kapyuşonlu sviter və idman şalvarı ilə poz verib. Şalvarın altından markanın loqosu olan alt paltarı görünür. Digər qara-ağ fotoda isə o, qara mayka və açıq rəng şalvarda çəkilib.
Sosial şəbəkələrdə Filip Kirkorovın yeni fotosessiyası geniş müzakirə olunub. Pərəstişkarları “Super stil”, “Ən yaxşı dövründədir” kimi şərhlər yazıblar.