Türkiyənin zəngin ailələrindən birinin qızı olan Leyla Mizrahi şənbə səhəri evində vəfat edib.
OLAY yazır ki, cəmi 32 yaşında olan və 5 aylıq oğlu olan Mizrahinin ölüm səbəbi də açıqlanıb. Onun ürək tutmasından vəfat etdiyi bildirilib.
Ailə tərəfindən yayımlanan başsağlığı elanında belə deyilir: “Zamansız və erkən itirdiyimiz Leyla Mizrahinin dərindən hüznü içindəyik. Onu daim sevgi və həsrətlə qəlbimizdə yaşadacağıq. Məkanı cənnət, ruhu şad olsun”.
Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində ölüm səbəbinin ürək krizi olduğu bildirilib.
Leyla Mizrahi İzmirin tanınmış iş adamı Kemal Aktaş ilə Özgörkey ailəsinin üzvü Özlem Özgörkeyin qızıdır. Eyni zamanda Cemal Özgörkeyin bacısı qızıdır.
O, 2022-ci ildə Rahmi Koç Muzeyində keçirilən möhtəşəm bir toyla Ralfi Mizrahi ilə evlənmişdi.