Bir zamanlar yayımlanan türk istehsalı “Güneşi Beklerken” serialın aktyorlarından Merve Hazer illər əvvəl çəkiliş meydançasında çəkilmiş fotonu İnstaqramda izləyiciləri ilə paylaşıb.
OLAY yazır ki, Hazer gözəllik anlayışına və həddindən artıq istifadə edilən filtrlərə eyham vuraraq “Hamının kukla kimi görünmədiyi, fotoşop ilə tamam başqa insanlara çevrilmədiyimiz, gözəllik anlayışının bu qədər şişirdilmədiyi və hamımızın öz gözəlliyimizlə təbii pozalar verdiyi günlər...” şərhuni yazıb.
Qeyd edək ki, “Güneşi Beklerken” serialı 2014-cü ildə “Kanal D”də yayımlanıb və ekranlara gəldiyi dövrdə böyük maraqla qarşılanıb.