42 yaşlı şahzadə Harri və 45 yaşlı Meqan Markl ABŞ-dən İngiltərəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar.
OLAY yazır ki, cütlük Nottingem şəhərində üç tədbirdə iştirak etmək üçün yola düşərkən onları qarşılamaq məqsədilə təxminən 100 nəfər toplaşıb.
Cütlük onlarla şəkil çəkdirib, hədiyyələr, şarlar və gül dəstələri qəbul edib. Sasseks hersoqu Harri əhvalının yüksək olması ilə diqqət çəkib və həyat yoldaşını qucaqlayıb. Meqan isə izdihamdakı insanlardan birinə zinət əşyalarını göstərib.
“Geri qayıtmaq necə də gözəldir” deyə Sasseks hersoginyası pərəstişkarlarından birinə bildirib. Bu barədə “People” nəşri yazıb.
Meqan ictimaiyyət qarşısına Britaniyanın “Joseph” brendinə məxsus uzun, tünd bordo rəngli kaşmir palto, boğazlı kofta və sırğalarla çıxıb. O, görünüşünü “The Fold London” brendinin dizdən aşağı uzunluqda ətəyi və “Jennifer Chamandi” markasının hündür dabanlı ayaqqabıları ilə tamamlayıb. Hersoginya saçlarını səliqəli, sıx at quyruğu formasında yığıb.
Şahzadə Harri isə boz pencək, ağ köynək və mavi cins şalvara üstünlük verib.