Nataşa Korolyova ərinin artıq çəkisi ilə bağlı eyhamlarından sonra arıqlamağa qərar verib.
OLAY yazır ki, Nataşa Korolyova şəxsi bloqunda əri Tarzan onu endokrinoloqa göndərdiyini, oradan ona arıqlamağa kömək edən preparatlar yazılmağını istədiyini bildirib. Hətta həyat yoldaşı müğənniyə klinikaya getmək üçün hədiyyə sertifikatı da verib.
“Bir az arıqlamalıyam, təxminən beş kilo kifayətdir. Mənə bunu idmançı olan ərim eyhamlarla bildirir, o yaxşı anlayır ki, geri dönüşün mümkün olmadığı bir mərhələ var” — deyə “Malenkaya strana” xitinin ifaçısı həkimə müraciət edib.
Korolyova qeyd edib ki, uzun müddətdir dietadadır və qadağan olunmuş heç nə yemir, lakin illərin gedişi ilə artıq çəki “artıq kotletlərdən deyil, yaşdan yaranır”.