Biyanka Sensori Cakartada keçirilən konsertində həyat yoldaşı, reper Kanye Uesti dəstəkləyib.
OLAY yazır ki, 32 yaşlı avstraliyalı model sosial şəbəkələrdə obrazını nümayiş etdirib. O, strazlarla bəzədilmiş, bədənə kip oturan bodi, şəffaf hündürdaban ayaqqabılar və iri buruq saç düzümü seçib.