Dünyaca məşhur Aktyor Leonardo DiKaprio model sevgilisi Neelam Gill-i ailəvi istirahətə aparıb.

OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

48 yaşlı film ulduzu həftəsonunu İtaliyanın Amalfi şəhərində yaxtada keçirib. Aktyoru valideynləri - atası Corc və ögey anası Peggy Ann Farrar, həmçinin 28 yaşlı model Neelam Gill müşayiət edib.

İyunun əvvəlində DiKaprio Neelam Gill-i anası İrmelinlə tanış edib. Paparatsiyalar onları Londondakı “Chiltern Firehouse” restoranında şam yeməyi zamanı lentə alıb.

DiKaprio sevgilisini ailəsi ilə tanış etdi DiKaprio sevgilisini ailəsi ilə tanış etdi DiKaprio sevgilisini ailəsi ilə tanış etdi