Keçmiş model Deniz Akkayaya qızına qarşı zorakılıq etdiyi iddiasıyla başladılan istintaq tamamlanıb. 

OLAY yazır ki, iddianamədə Akkaya üçün “silahla uşağa qəsdən xəsarət yetirmək” maddəsi ilə 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istənilib. Prokurorluq onun qızına atdığı termosu silah kimi qələmə verib. 

Modelin gələcək günlərdə hakim qarşısına çıxması gözlənilir. 

Oruc Ələsgərov

Deniz Akkayanın həbsi istənilir!