Müğənni Castin Biber şəxsi bloqunda maraqlı anlarını paylaşıb.
OLAY yazır ki, kadrlarda ailə həyatından görüntülər, oğlu və həyat yoldaşı Heyli ilə gəzintilər əks olunub.
Cütlük oğlu Cekin üzünü gizlədir. Valideynlərin daha əvvəl bildirdiyi kimi, onlar oğullarının böyüyəndə ictimai şəxs olmaq istəyib-istəmədiyinə özünün qərar verməsini istəyirlər.