Britni Spirs son günlərdə imicini dəyişib.
OLAY yazır ki, müğənninin bu dəyişimi sosial mediada məşhur saç ustası Kris Eplton tərəfindən paylaşılıb.
44 yaşlı Spirs uzatdığı saçlarını düzləşdirərək son vaxtlar istifadə etdiyi “dağınıq və yuxarıdan yığılmış” saç modelindən imtina edib.
Sosial şəbəkə istifadəçiləri isə onun yeni görünüşünə uzun müddətdən sonra yenidən əvvəlki Britneyə bənzədiyini yazıblar.