Fransa Prezidenti Emmanuel Makronun 73 yaşlı həyat yoldaşı Bricit Makronun 42 yaşlı qızı Tifen Ozye özündən 20 yaş kiçik kişi ilə münasibətə başlayıb.
OLAY yazır ki, bu yaxınlarda Ozye 22 yaşlı biznes məktəbi tələbəsi Antuan Lekom ilə birlikdə Amsterdam səfərindən görüntülər paylaşıb.
Qeyd edək ki, Ozyenin anası Bricit Makron da 1994-cü ildə özündən 24 yaş kiçik gələcək Fransa prezidenti Emmanuel ilə münasibətə başlayıb. Həmin vaxt Emmanuel Makron hələ “La Providence” liseyində təhsil alırdı, Bricit Makron isə onun müəllimi idi.