Menecer Ferhat Karagözün şikayəti əsasında reper Hakan Aydın (Blok3) və prodüser Maruf Yöntürk barəsində “silahlı soyğuna cəhd” də daxil olmaqla bir neçə cinayətdən 12 il 4 aydan 25 ilədək həbs cəzası tələb olunub.
OLAY yazır ki, Karagöz ifadəsində bildirib ki, Yöntürkün çağırışı ilə İstanbul, Kağıthanedəki bir ünvana gedib və burada başlayan mübahisə qısa zamanda zorakılığa çevrilib.
İddialara görə, Yöntürk Karagözə yumruq və bilyard çubuğu ilə hücum edib. Hücum zamanı Karagöz başına silah tutulduğunu və 850 min lirə tələb edildiyini söyləyib.
Prokuror Yöntürkün həbs olunaraq məhkəməyə çıxarılmasını, Blok3-ün isə yalnız “sadə yaralama” maddəsi üzrə mühakimə edilməsini tələb edib.