Türk müğənni Simge Sağın sosial şəbəkələrdə bəzi istifadəçilərin tənqidinə tuş gəlib.

OLAY yazır ki, Sağın ötən gün “Galatasaray”ın çempionluq gecəsində çıxış edib. 

O, bu il klubun futbolçusu Mario İkardi ilə məşhurlaşan “Aşkın olayım” mahnısını səsləndirib. Hətta Simge stadionda sözügedən hitini İkardi ilə birgə oxuyub. Simgenin tənqid olunmasına səbəb isə özünün “Beşiktaş”a pərəstiş etməsi olub. Belə ki, həmin komandanın azarkeşləri sənətçini  protesto edib. 

Beşiktaşlılar Simgeni protesto etdiOnlar “Beşiktaşlı olunmur, beşiktaşlı doğulur” sözləri ilə Sağına etirazlarını bildiriblər. Bir çox fanat səhifəsi isə “Bir ömür “Beşiktaş”ın çempionluq gecəsində səhnə ala bilməyəcəksən. Bunu unutmarıq” deyərək ifaçıya sərt reaksiya verib.

Beşiktaşlılar Simgeni protesto etdiXatırladaq ki, Simge özü daha əvvəl beşiktaşlı olduğu üçün bu mahnının “Galatasaray” komandasının marşına çevrilməsinə təəssüfləndiyini demişdi. Hətta o, səhnə aldığı zaman formasını imzaltmaq istəyən galatasaraylı dinləyicisinə beşiktaşlı olduğunu bildirərək “yox” demişdi.  

Beşiktaşlılar Simgeni protesto etdi