Müğənni Dua Lipa və aktyor Kallum Törner ilk dəfə evli cütlük statusunda qırmızı xalçada görünüblər.

OLAY yazır ki, onlar Nyu-Yorkda "One Night Only" filminin premyerasına qatılıblar. Müğənni filmdə əsas rollardan birini canlandıran həyat yoldaşına dəstək olub.

Tədbirdə Dua heyrətamiz görünüşü ilə diqqət çəkib: o, dərin dekolteli və boyun hissəsində bağları olan qara libasda fiqurasını nümayiş etdirib. Obrazını iri, diqqətçəkən gümüş sırğalar tamamlayıb.

Artıq evli kimi qırmızı xalıda Artıq evli kimi qırmızı xalıda