Rusiyanın Xalq artisti Alla Puqaçova və xarici agent elan edilmiş həyat yoldaşı Maksim Qalkin Kiprdə birlikdə ictimaiyyət qarşısına çıxıblar.
OLAY yazır ki, sosial şəbəkələrdə onların pərəstişkarlarından biri cütlüklə çəkdirdiyi birgə fotonu paylaşıb.
77 yaşlı müğənni qısa qara şort, damalı köynək və futbolkada poz verib. Onun 50 yaşlı həyat yoldaşı isə ağ futbolka və bej-krem rəngli zolaqlı şalvar geyinib.