Rusiya estradasının əfsanəsi Alla Puqaçova Limasolda gəzinti zamanı görüntülənib.

OLAY yazır ki, Puqaçovanı parkda görən bir pərəstişkarı onunla şəkil çəkdirmək istəyib. 77 yaşlı müğənni buna etiraz etməyib və hətta ona xoş arzularla avtoqraf da verib.

“Bir saat əvvəl gimnastika ilə məşğul olurdum. Bir qədər sonra Alla Puqaçovanı gördüm, o, rəfiqəsi ilə gəzirdi. Bir az söhbət etdik. Hamımız adından ona möhkəm can sağlığı arzuladım” deyə kişi sənətçi ilə görüşdən sonra sosial şəbəkələrdə yazıb.

Alla Puqaçovadan yeni – Fotolar Alla Puqaçovadan yeni – Fotolar