“CalvinKlein” brendinin yaradıcısı Kelvin Klain və sevgilisi Kevin Bakerin münasibəti artıq on ildən çoxdur davam edir.
OLAY yazır ki, bu həftə 84 yaşını qeyd edəcək əfsanəvi modelyer Nyu-Yorkdakı bir restoranda sevgilisi Kevinlə nahar edərkən görüntülənib.
Təxminən 37-38 yaşlarında olduğu düşünülən Kevin rahat geyim tərzinə üstünlük verib. O, boz sviter, qara şalvar və “Converse” idman ayaqqabısı geyinib. Kelvin Klain isə başdan-ayağa qara geyimdə olub.