Keçən il xərçəng diaqnozu qoyulan və mart ayında kimyaterapiya müalicəsini başa vuran türk müğənni Semiramis Pekkan istirahət üçün Bodruma yollanıb.
OLAY yazır ki, günəş vannası qəbul etdiyi anları izləyiciləri ilə bölüşən 77 yaşlı sənətçi paylaşımına bunları yazıb: “Salam dostlarım, Bodrumdayam… D vitamini qəbul edirəm.”