Məşhur aktyor Con Travolta Kann Film Festivalında iştirak edib.
OLAY yazır ki, xarici görünüşündəki dəyişikliklərlə ictimaiyyəti təəccübləndirən 72 yaşlı aktyor qırmızı xalçaya 26 yaşlı qızı Ella Blyu Travolta ilə birlikdə çıxıb.
Sosial şəbəkə istifadəçiləri aktyorun necə “cavanlaşdığına” təəccüblənərək, onun plastik əməliyyata müraciət etmiş ola biləcəyini ehtimal ediblər.