61 yaşlı model Paulina Porizkova ilə 62 yaşlı ssenarist Ceff Qrinşteynin toyundan ilk fotolar yayımlanıb.
OLAY yazır ki, sakit və məhdud qonaq siyahısı ilə keçirilən toy mərasimi İtaliyanın Orta-San Culio şəhərində yerləşən, XIX əsrə aid tarixi Villa Krespi malikanəsində baş tutub. Mərasimdə yalnız ailə üzvləri və yaxın dostlar iştirak ediblər.
Gəlin toy üçün ənənəvi ağ rəng əvəzinə boz-mavi çalarlı, xüsusi sifarişlə tikilmiş gəlinlik seçib. O, görünüşünü geyimlə eyni tonda örtük, gümüşü açıq ayaqqabılar və oğullarının hədiyyə etdiyi zərif sırğalarla tamamlayıb.