Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ səbəbindən evsiz qalan 12 ailənin kirayə haqqını ödəyib. 

OLAY yazır ki, Halk TV-yə telefonla bağlanan sənətçi “Bir kira, bir yuva” kampaniyasına qoşulduğunu bildirib. 

O, sözügedən ailələrin bir illik kirayə pullarını verəcəyini söyləyib: “Onlara təkcə maddim yardımı etmək istəmirəm. Sizdən tələb edirəm ki, həmin şəxslərlə əlaqədə olum. Onların digər ehtiyaclarını ödəyim”.

12 ailənin bir illik kirayəsini ödəyəcək 12 ailənin bir illik kirayəsini ödəyəcək