36 yaşlı Nikolas Hoult “Harri Potter” serialının ikinci mövsümündə özünə heyran olan Qaranlıq İncəsənətlərdən Müdafiə müəllimi “Zlatopust Lokons” obrazını canlandıracaq.

OLAY yazır ki, ikinci mövsümün süjeti C.K. Roulinqin ikinci kitabı “Harri Potter və Sirlər Otağı” əsasında qurulacaq.

“Zlatopust Lokons” bu hissənin əsas personajlarından biridir. O, özünün “qəhrəmanlıqları” haqqında danışdığı hekayələrlə şöhrət qazanmış məşhur sehrbaz, yazıçı və səyyahdır. Lakin Hoqvartsda Qaranlıq İncəsənətlərdən Müdafiə üzrə yeni müəllim olduqdan sonra tutduğu vəzifəyə heç də uyğun olmadığı tezliklə üzə çıxır.

İkinci mövsümün çəkilişlərinə artıq bu payız başlanacağı gözlənilir.

Zlatopustu o canlandıracaq Zlatopustu o canlandıracaq