“Arka sokaklar”ın Zeynepi Qamze Özçelik illər sonra sənət fəaliyyətini bərpa edir.
OLAY yazır ki, uzun illərdir aktrisalığa ara verən sənətçi “Tabii”nin “Operasyon Alesta” serialında rol alacaq.
Aktrisanın layihədə Afrikada fəaliyyət göstərən türk mühəndisə həyat verəcəyi gözlənilir.
Çəkilişlərinə bir neçə gün sonra başlanılması planlaşdırılan ekran işi Türkiyənin Müdafiə Nazirliyi və Dəniz donanmasının dəstəyi ilə ərsəyə gələcək.