Türk aktyor Can Yamanın rol aldığı “Sandokan” serialı bu gün yayımlanacaq.
OLAY yazır ki, serial İtaliyada çəkilir və dövlət kanalı olan Rai1-də yayımlanacaq. Aktyor bu layihənin çəkilişləri üçün İtaliyaya köçüb. Serial İtaliya ilə yanaşı ABŞ, Kanada, Rusiya, Portuqaliya və İngiltərədə də yayımlanacaq.
Aktyor hazırda “El labirento las mariposas” adlı serialda “Kaplan” adlı baş rol obrazını canlandırır. Kaplan gizli bir agentdir.
Yaman bu serialın çəkilişləri bitdikdən sonra 2026-nın yay aylarında “Sandokan” serialının 2-ci sezon çəkilişlərinə davam edəcək. Daha sonra isə Amerikada film çəkilişlərində iştirak edəcək.