Show TV-nin Faro və Gold Film imzalı “Veliaht” serialının aqibəti məlum olub.

OLAY yazır ki, güclü aktyor heyəti və hekayəsi ilə ekranın fərqlənən seriallarından biri olan “Veliaht”ın gözlənilən reytinq artışını əldə etməməsi səbəbindən final qərarı alınıb.

Sinan Öztürk tərəfindən idarə olunan serial, Qarsdakı çəkilişlərini tamamladıqdan sonra İstanbula qayıdacaq və 26-cı bölümünü çəkərək ekran macərasını tamamlayacaq.

Serialı çox sevən və bitməsini istəməyən Sezen Aksu, keçən həftə Zaferin (Bora Akkaş) həyatını itirdiyi səhnədən çox təsirlənib və “Kar” adlı mahnı yazıb.

“Veliaht” izləyicilərinə pis xəbər