“Dostlar” serialının ulduzu Metyu Perrinin ölümü ilə bağlı ilkin nəticələr açıqlanıb.

OLAY yazır ki, tibbi ekspertiza nəticəsində aktyorun qanında narkotik maddələrin aşkarlanmadığı bildirilib. 

Daha dərin toksikoloji tədqiqat dörd-altı ay çəkəcək.

Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də Kaliforniyadakı evində vəfat edib. Aktyorun köməkçisi onun cəsədini cakuzidə aşkarlayıb.