“Netflix”in “Tims&B” imzalı türk istehsalı “Enfes Bir Axşam” serialının ikinci mövsümünün çəkilişləri başlayıb.
OLAY yazır ki, ssenarist Meriç Aceminin yazdığı, Uluç Bayraktar tərəfindən rejissorluq edilən serialda aktyor Gürbey İleri “Haluk” obrazını canlandıracaq.
İkinci mövsümü də 8 bölümdən ibarət olacaq serialın 3 bölümündə rol alacaq Gürbey İləri Nihal Baydemirin (Aslı Enver) uşaqlıq dostu obrazına həyat verəcək.