“Kanal D”də yayımlanan “AyNa Yapım” imzalı “Uzak Şehir” və “Star TV”də ekranlara gələn “Sevdiğim Sensin” seriallarının çəkilişləri başlayıb.

OLAY yazır ki, yeni afişası hazırlanan “Uzak Şehir” serialının 3-cü sezonunun 64-cü bölümünün çəkilişləri İstanbulda başlayacaq. 2 günlük çəkilişdən sonra heyət Budapeştə uçacaq.

“Sevdiğim Sensin” serialının 16-cı bölümünün çəkilişləri İstanbulda başlayacaq. 2-ci sezon üçün yeni afiş çəkilişi planlaşdırılmayan serial baş rollarda Erkan (Aytaç Şaşmaz) və Diclenin (Helin Kandemir) körpüdəki romantik səhnəsi ilə açılacaq.