Türkiyənin “Anadolu Media Mükafatları” Prezident Kompleksində sahiblərinə təqdim olunub.

OLAY yazır ki, “Kanal D”nin reytinq rekordu qıran “Uzak Şehir” serialı “İlin serialı” seçilib.

Prezidentin müavini Cevdet Yılmaz mükafatı “Demirören Media TV” qrupunun rəhbəri Murat Yancı, prodüser Kerem Çatay və baş rollarda çıxış edən Sinem Ünsal ilə Ozan Akbabaya təqdim edib.