Türk istehsalı “Mehmed Fetihler Sultanı” serialının 4-cü mövsümü yenilənmiş aktyor heyəti ilə sentyabr ayında tamaşaçılarla görüşəcək.

OLAY yazır ki, Hilmi Cem İntepe “Mehmed Fetihler Sultanı” serialı ilə razılaşıb.

İntepe, aktyor heyəti yenilənən serialda vəzir və bəylərbəyi vəzifələrində çalışmış, rum əsilli Osmanlı komandanı və dövlət xadimi “Has Murad Paşa” obrazını canlandıracaq.