Aktyor Tom Hardi “MobLand” serialının 2-ci mövsümünün çəkilişi zamanı pərdəarxasında yaranan ciddi gərginlikdən sonra layihədən uzaqlaşdırılıb.
OLAY yazır ki, aktyor çəkiliş meydançasında icraçı prodüser Ces Batteruort, prodüser Devid Qlasser və digər komanda üzvləri ilə münaqişə yaşayıb.
Buna səbəb Tom Hardinin çəkiliş meydançasına dəfələrlə gecikməsi, dialoqlarda dəyişikliklər üzərində mübahisələr, pərdəarxası fikir ayrılıqları olub.