Dünyaca məşhur aktyor Tom Hardi “Gangsterland” kriminal draması üzərində işini tamamladıqdan sonra uzun müddətli məzuniyyət götürməyi planlaşdırır.
OLAY yazır ki, aktyor karyerasında bir neçə illik fasilə vermək niyyətindədir. Məlumata görə, 48 yaşlı aktyorun "dincəlməyi” illərlə uzana bilər.
Hardi artıq fiziki cəhətdən çətin rollardan dolayı bədəninin yorulmasından şikayətlənib. O, iki dəfə diz əməliyyatı keçirtdiyini, belində intervertebral disk yırtığı və ayaq bağlarının iltihabı olduğunu bildirib.
“Hər şey dağılır və vəziyyət yaxşıya doğru getmir” – deyə aktyor bildirib.