Gəzinti zamanı obyektivlərə tuş gələn türk aktyor Tolqahan Sayışman jurnalistlərin suallarını cavablandırıb.

OLAY yazır ki, müxbirin “Rəqəmsal platformalara, yoxsa televiziyaya daha çox önəm verirsiniz?” sualına Tolgahan Sayışman “Mən daha çox rəqəmsal platformalara önəm verirəm. Kaş ki, kino filmləri əvvəlki gücünü yenidən qazansın. Kinonun da canlanmasını çox istəyirəm” deyə cavab verib.
 
Uzun müddətdir ekranlarda görünməməsinin səbəbini də açıqlayan Sayışman “Bir neçə ildir televiziyaya bir qədər məsafəliyəm. Çox uzun illər televiziyada işlər gördüm və mental olaraq yoruldum. Daha kreativ işlərə yönəlmək istədim. Həm də övladlarıma və ailəmə daha çox vaxt ayırmaq istədim” deyə bildirib.