“TRT1”in məşhur “Teşkilat” serialının mövsüm finalında qanlı bir toy səhnəsinin yaşanacağı öyrənilib.
OLAY yazır ki, 7 Mart 2021-ci ildən bəri yayımlanan serialdan 7-ci mövsüm başlamazdan əvvəl üç aktyor eyni zamanda ayrılacaq.
Hilal rolunu canlandıran Rabia Soytürk, Cevher başçısını oynayan Erkan Bektaş və Rutkay rolundakı Serhat Tulumluerin senaridəki rollarının mövsüm sonunda sona çatacağı deyilir.