Türk aktrisa Eda Ece və Kaan Yıldırım tərəf müqabili olub.

OLAY yazır ki, onlar “Sevgililer günü” adlı filmdə baş rolu paylaşacaq. Eda Ece layihədə “Aslı”, Kaan Yıldırım isə “Yıldırım” obrazını canlandıracaq və sevgililər gününü tək keçirmək istəməyən Aslının eşq macərasından bəhs ediləcək.

Film sevgililər günü ərəfəsində “Netfliks” platformasında yayımlanacaq.