“Kanal D”nin fenomen serialı “Uzak Şehir”də “Sadakat” obrazını canlandıran Gonca Cilasun obrazının yaşadığı böyük ağrını əks etdirmək üçün verdiyi çəkisi ilə diqqət çəkib.
OLAY yazır ki, uğurlu aktrisa “Sadakat”ın övlad itkisi ağrısını daha real şəkildə canlandıra bilmək üçün 8 kiloqram arıqladığını açıqlayıb.