Məşhur türk serialı “Taşacak Bu Deniz”də “Fadime” obrazını canlandıran gənc aktrisa Zeynep Atılgan sosial mediada ona ünvanlanan mənfi rəylərə qarşı hüquqi proses başlatdığını açıqlayıb.
OLAY yazır ki, Zeynep Atılgan rəqəmsal platformların heç kəsə başqalarını təhqir etmə azadlığı vermədiyini vurğulayan bir açıqlama verib.
Atılgan, hüquqi mübarizədə qazanacağı bütün təzminat məbləğini “Türkiye Eğitim Vakfı”na bağışlayacağını da bildirib.
“Müvəkkilimiz Zeynep Atılgana qarşı son günlər müxtəlif sosial media platformalarında yayılan bəzi paylaşımlar və şərhlər səbəbilə bu açıqlamanı vermək zərurəti yaranmışdır. Məlum olduğu kimi, rəqəmsal platformalar heç kəsin ‘öz məhkəməsini qurub’ cəza verə biləcəyi, bir qadının şəxsi həyatının kütləvi şəkildə hədəf göstərilə biləcəyi qanunsuz bir yer deyil”- deyə Atılganın vəkili bildirib.