Çində “Şeytan Prada geyinir 2” filmi boykot edilir.

OLAY yazır ki, filmdə ikincidərəcəli personajlardan biri olan Andrea Saksın yeni assistenti Tzin Çao asiyalılar haqqında stereotiplərin ümumiləşdirilmiş obrazı kimi təqdim olunur.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə filmdən 38 saniyəlik video paylaşılıb. Həmin videoda Helen C. Şenin canlandırdığı Tzin Çao obrazı olub. Bir çox insan personajın adından narazı qalıb, çünki bu ad “çox çirkin” və ya “çox pis qoxulu” mənasını verən irqçi təhqirə bənzər səslənir.

Adla yanaşı, Tzin Çaonun geyimi və ümumi görünüşü də tənqid olunub. Bəzi reaksiyalar belə olub:
“Niyə bu çinli qadına belə gülünc paltar geyindiriblər? ABŞ-da yaşayan çinli qadınlar, sizdə özünə hörmət yoxdurmu?”, “Bu gün çinlilər belə görünmür. Bu cür görünüş 1970-ci illərə qədər populyar idi”, “Artıq 2026-cı ildir, amma onlar hələ də asiyalıların darıxdırıcı və sıxıcı olduğu stereotiplərdən istifadə edirlər”, “Ağ qadın rollarına ən gözəl aktrisaları seçirsiniz, amma asiyalıları yox. Niyə asiyalı qadınların daha gözəl görünə biləcəyindən qorxursunuz?”.

“Şeytan Prada geyinir 2” boykot edilir “Şeytan Prada geyinir 2” boykot edilir