Baş rollarında Hilal Altınbilek və Serkan Çayoğlunun yer aldığı türk istehsalı “Öngörü” filmi rəqəmsal platformalardan birində yayıma başlayır.
OLAY yazır ki, Ali Bilginin rejissorluğu, “Ay Yapım”ın imzası ilə ərsəyə gələn film üçün ötən gün Beyoğlunda mətbuat konfransı keçirilib.
Yuxularında başqalarının gələcəyini görə bilən “Selen” obrazını canlandıran Hilal Altınbilek və “Kemal” rolunda çıxış edən Serkan Çayoğlu bir-birlərini tərifləyiblər.
Çayoğlu, “Hilal çox yaxşı tərəf-müqabilidir” deyərkən, Altınbilek isə “Tərəf müqabilini sevmədən işləmək çətindir. Serkan mənim üçün rahat bir tərəf müqabili idi” deyib.