Türkiyədə keçirilən narkotik istintaqı çərçivəsində saxlanılanlar arasında İsmail Hacıoğlu da var.

OLAY yazır ki, "Cennetin Çocukları" serialında baş rolu canlandıran aktyor dünən gecə saat 03:00 radələrində çəkilişlərin aparıldığı Ayvalıkda qaldığı evdə saxlanılıb.

Ayvalıkda aparılan prosedurlardan sonra tanınmış aktyor İstanbula gətirilməsi üçün yola salınıb. Onun Küçükçekmece Emniyet Müdürlüğünə aparılacağı bildirilib.