2027-ci ildə mərhum Uels şahzadəsi Diananın həyatından bəhs edən “Eşidilməyən Diana” adlı üçseriyalı sənədli film yayımlanacaq.

OLAY yazır ki, layihənin əsasını Diananın şəxsi həyatı və kral ailəsi ilə münasibətləri barədə səmimi danışdığı beş saatlıq arxiv audioyazıları təşkil edəcək.

Yazılar 1991-ci ildə Kensinqton sarayında şahzadənin yaxın dostu, doktor Ceyms Kolturstun iştirakı ilə qeydə alınıb. İndiyədək ictimaiyyətə yalnız həmin yazıların ayrı-ayrı hissələri təqdim olunub. Filmin yaradıcıları ilk dəfə olaraq bütün audioyazıları ixtisar edilmədən tamaşaçılara təqdim edəcəklər.

Diana söhbətlər zamanı şahzadə Çarlzla evliliyinin dağılmasından, Kamilla Parker-Boulzla münasibətlərindən, həmçinin oğulları Uilyam və Harridən danışır.

Britaniyanın müstəqil “Love Monday TV” şirkəti bu materiallar vasitəsilə şahzadənin az tanınan tərəflərini üzə çıxarmağı və tamaşaçılara hadisələri Diananın öz dilindən eşitmək imkanı yaratmağı hədəfləyir.

Sənədli serialı 2027-də təqdim olunacaq